Bakıda 7 saylı cəzaçəkmə müəssisəsi yandı

Bakıda cəzaçəkmə müəssisəsində yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda Ədliyyə Nazirliyinə məxsus  7 saylı cəzacəkmə müəssisəsinin  ərazisində  ümumi sahəsi 450 kv.m olan fərdi əmək emalatxanasının yanar konstruksiyaları və içərisində olan  7 ədəd dəzgahın yanar hissələri yanıb.  Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31