Şamaxıdakı dəhşətli qəzada ölənlərdən biri jurnalist olub

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən, cinayət işi açılıb, araşdırma aparılır. Şamaxıda baş verən ağır yol qəzasında ölən şəxslərdən biri jurnalist olub. Bu barədə APA-ya "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal məlumat verib. A. Camal qeyd edib ki, ötən gecə Bakı-Şamaxı yolunda baş verən qəzada dünyasını dəyişən şəxslərdən biri  Fuad Abdürrəhmanlı "Türküstan" qəzetinin saytında redaktor vəzifəsində çalışıb. Mərhum bu gün Şəkidə dəfn ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31