Həbsxanaya taxta asılqanda mobil telefon keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1976-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4; 120.2.6; 120.2.7; 120.2.9 maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş məhkum Taleh Razim oğlu Əkbərzadəyə qardaşı Rəfail Razim oğlu Əkbərzadənin gətirdiyi sovqata baxış keçirilən zaman kustar üsulla düzəldilmiş taxta asılqanın gizli saxlanc yerindən 1  ədəd "Nokia" markalı mobil telefon, 1 ədəd elektrik qidalandırıcının birləşdiricisi, 1ədəd Cin və 1 ədəd Azərcell nömrələri aşkarlanaraq götürülüb.  Fakt üzrə araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31