Göygöl sakininin tövləsı otla birlikdə yandı

Göygöl rayonu, Balçılı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan tövlənin tavanı 30 kv.m sahədə və tövlənin damına yığılmış ümumi çəkisi 11.200 kq ot bağlamasının 4.800 kq-ı yanıb. Ot bağlaması və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, eyni zamanda, İmişli rayonu, Məzrəli kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot tayasının 3 tonu yanıb. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31