Bakı şəhəri, Sabunçu rayonunda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, hadisə "Pirşağı" sularda xilasetmə məntəqəsindən, təxminən, 2500 metr məsafədə, nəzarət olunmayan ərazidə baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31