Bakıda azyaşlını maşın vurdu

Bakıda azyaşlı uşaq maşınla vurulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 18-də saat 13 radələrində Xəzər rayonu Türkan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini, azyaşlı Fidan Məmmədova vurulub. Uşaq xəstəxanaya yerləşdirilib. Xəzər RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31