Sabunçuda ağır qəza, ölən və yaralananlar var
19 Sentyabr 2014 16:09 KriminalBakıda ağır yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 18-də saat 04 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində Bakı şəhər sakini Ramin Əsədov idarə etdiyi "Saipa" markalı avtomobili yolayırıcısına vurub. Sərnişinlərdən Samir Hüseynov hadisə yerində ölmüş, sürücü və digər 1 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31