Bakıda keçmiş məhbus qətl törətdi
22 Avqust 2012 11:47 KriminalBakıda keçmiş məhbus qətl törədib. Bu barədə Binəqədi rayon Prokurorluğundan məlumat veriblər. Hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, sabiq məhkum Mehman Mirzəyevlə tanışı, 38 yaşlı Elxan Piri oğlu İbadov arasında mübahisə yaranıb. Mübahisəni həll etmək üçün Elxan İbadovun yaşadığı mənzilə gələn Mehman Mirzəyev onu yaşadığı evin qarşısında bıçaqlayıb. Elxan İbadov aldığı çoxsaylı bıçaq xəsarətlərindən hadisə yerində keçinib. Hadisəni törədən Mehman Mirzəyev saxlanılıb istintaqa təhvil verilib. Məlumata görə, qatil və qətlə yetirilən şəxs məhkumluq həyatı yaşayıb və avqust ayında azadlığa buraxılıblar. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31