Ana məhbus oğluna telefon ötürmək istədi
19 Sentyabr 2014 12:56 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.2 və 66.5 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Anar Oktay oğlu Alaverdiyevin yanına qısamüddətli görüşə gəlmiş anası, Sumqayıt şəhəri, yataqxana 9, məhəllə 41, ev 7, mənzil 19 ünvanında yaşayan vətəndaş Səmayə Musa qızı Əhmədovanın üzərinə və əşyalarına baxış keçirilib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, baxış zamanı onun əl çantasından 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və "Nar" danışıq kartı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31