"Mercedes" və "ZAZ" toqquşdu

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşlara məxsus "Mercedes" və "ZAZ" markalı minik avtomobilləri toqquşub. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə "ZAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31