Ağdaşda 7 kiloqramdan artıq çətənə bitkisi məhv edilib
19 Sentyabr 2014 12:29 KriminalAğdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2014" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq əməliyyat-axtarış tədbirləri keçirilib. "OLAYLAR"-ın Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində Ağdaş rayonunun ərazisində 30 ədəd, ümumi çəkisi 7828 qram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunub. Aşkar olunmuş çətənə kolları yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31