Xanımının yoxluğuna dözə bilməyən kişi özünü öldürdü

Sentyabrın 17-də özünü yaşadığı evdən asan Quba sakini, 54 yaşlı İmran İsgəndərovun intihar səbəbi məlum olub. Lent.az-ın vesti.az-a istinadən məlumatına görə, İ. İsgəndərovun Fəridə İsgəndərova 2 il əvvəl vəfat edibm. Quba rayon Prokurorluğundan verilən məlumata görə, həyat yoldaşının ölümünə dözə bilməyən iki oğul atası sonda intihar etmək qərarına gəlib. O, ölümündən əvvəl oğullarına məktub da yazıb. Məktubda "Fəridəsiz yaşaya bilmirdim" ifadəsi qeyd olunub.
Qeyd edək ki, biri 26, digəri 24 yaşında olan İ.İsgəndərovun hər iki oğlu subaydır. Faktla bağlı cinayət işi açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31