Salyanda narkotika əkib-becərən şəxs ələ keçdi
18 Sentyabr 2014 16:26 KriminalSalyanda narkotika alveri ilə məşğul olan şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Salahovun evindən 52,56 qram tiryək, 3,79 qram həşiş, habelə həyətindəki yardımçı otaqdan 2 kiloqram 12,4 qram marixuana və kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31