Zaqatala sakini qətlə yetirildi

Zaqatalada şəhər sakini qətlə yetirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 17-də Zaqatala şəhərində şəhər sakini Səbuhi Ələsgərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri ilə hadisəni xuliqanlıq zəminində törətmiş Qazangül qəsəbə sakini Kamran Məmmədov tutulub. Faktla əlaqədar CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanmış, zəruri istintaq-əməliyyat tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31