DİN Şəmkirdəki silahlı qarşıdurma barədə məlumat yaydı, 1 ölü, bir yaralı

Daxili İşlər Nazirliyi Şəmkirdə silahlı qarşıdurma ilə bağlı məlumat yayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 17-də Şəmkir rayonunun Kür qəsəbəsindəki "Soyuq bulaq" adlandırılan ərazidə qəsəbə sakini Rəşad Məmmədovla Mahmudlu kənd sakini, əvvəllər məhkum olunmuş Nazim Abbasov arasında münaqişə baş verib. R.Məmmədov ov tüfəngindən, N.Abbasov isə "AKM" markalı silahdan bir-birinə atəş açaraq xəsarət yetiriblər. R.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb. Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində baş və ayaq nahiyələrindən xəsarət almış N.Abbasov tutulub. Ondan "AKM" markalı silah və 16 ədəd patron götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31