Bakıda sərnişin avtobusu ağır qəza törətdi: xeyli yaralı var

Avtobus yük maşınına çırpılıb

Bakıda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində xəsarət alanlardan bəzilərinin adları məlum olub. Bakı Şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin APA-ya verdiyi məlumata görə, qəza barədə təcili yardıma saat 10.56-da məlumat daxil olub və hadisə yerinə 2 təcili yardım briqadası göndərilib. O qeyd edib ki, 188 saylı sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanların 2-si  Respublika Klinik Xəstəxanasına, 3-ü isə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Respublika Klinik Xəstəxanasına daxil olan yaralılar Cəmilə Əliyeva və Zərifə Məmmədovadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31