Şamaxıda ağır qəza, “LİFAN” ağaca çırpıldı, sürücü öldü
18 Sentyabr 2014 12:47 KriminalŞamaxıda ağır yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Bakı-Şamaxı yolunun 128-ci kilometrliyində yol nəqliyyat qəza hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "LİFAN" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və qəza nəticəsində 1970-ci il təvəllüdlü Neymət Əlsurət oglu Hüseynov vəfat etib. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış N.Hüseynovun cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:18-də başa çatıb.