Masallıda 12 otaqlı inzibati bina yanıb

Masallı rayonu, Qodman kəndində vətəndaşların yaşadığı inzibatı binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 520 kv.m olan birmərtəbəli 12 otaqlı inzibati binanın yanar konstruksiyaları 240 kv.m sahədə yanıb. Məktəbin qalan hissəsi və yaxınlıqdakı köməkçi tikililər yanğından mühafizə olunub Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31