Rza Zərraba 3 nəfər hücum etdi - FOTO

Məhəllə sakinləri Zərrabın məhəlləyə qız dalınca gəldiyini hesab ediblər

Biznesmen Rza Zərrab qara plyonkalı avtomobili ilə İstinyədə küçədən keçərkən 3 məhəllə sakininin hücumuna məruz qalıb.Anspress-in yerli mətbuata istinadən verdiyi məlumata görə, qapını aça bilməyən hücumçular avtomobilin şüşələrini yumruqlamağa başlayıblar.Məlumata görə, məhəllə sakinləri qara şüşəli "Mercedes"in məhəlləyə qız dalınca gəldiyini hesab ediblər.Rza Zərrabın arxa oturacaqda oturduğu avtomobilin sürücüsü maşını sürətlə hadisə yerindən uzaqlaşdırıb.Polis bölməsinə gedən Zərrab baş verənlərə görə şikayətçi olub və hadisəni törədən 3 nəfər polis tərəfindən saxlanılıb.Saxlanılan şəxslər avtomobildəkinin Rza Zərrab olduğunu bilmədiklərini, maşının şüşələrinin qara olduğunu deyərək səhv anlaşılma olduğunu bildiriblər. Bundan sonra Zərrab şikayətini geri götürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31