Bakı metrosunda faciəvi hadisə: 62 yaşlı kişi öldü
18 Sentyabr 2014 10:52 KriminalBu gün səhər Bakı metrosunda ölüm halı baş verib. "anspress"-in verdiyi xəbərə görə, "Koroğlu" stansiyasında 62 yaşlı Bakı sakini Nazim Ağakamil oğlu Seyidbəylinin halı qəfil pisləşib.Dərhal onu platformaya çıxarıblar. Hadisə yerinə təcili yardım həkimləri çağırılsa da, çatana qədər kişi dünyasını dəyişib. İlkin ehtimala görə, N.Seyidbəyli ürək çatışmazlığından ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31