DƏHŞƏT: 7 yaşlı uşaq evdə diri-diri yandı
Yanğında ölən uşağın fiziki qüsurlu olduğu bildirilir
17 Sentyabr 2014 17:59 KriminalBu gün saat 15:00 radələrində Zaqatala şəhərində ölümlə nəticələnən güclü yanğın olub. Anspress-in bölgə müxbirinn verdiyi məlumata görə, Musa Qurban oğlu Musayevə məxsus, ümumi sahəsi 100 kvadratmetr olan iki mərtəbəli yaşayış evi yanmağa başalyıb. Məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürüləndən sonra aparılan təhqiqat zamanı ev sahibi Musa Musayevin nəvəsi 2007-ci il təvəllüdlü Vaqif Vüqar oğlu Əliyevin yanmış meyiti aşkarlanıb. Uşağın fiziki baxımdan qüsurlu olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31