Aşnalar hamamda öldülər
20 Avqust 2012 21:53 Kriminal3 ay əvvəl ərə gedən və 20 gün əvvəl boşanan qadın ilə 9 ay əvvəl ailə həyatı qurmuş kişinin hamamda meyitləri tapılıb. Onları elektrik cərəyanı vurmuşdu.Milli.Az "Habertürk"ə istinadən bildirir ki, Türkiyənin Diyarbəkir şəhərindəki şirkətlərdən birində mühafizəçi işləyən 32 yaşlı Həsən T. ilə həmin şirkətdə xadimə çalışan Lamiyə T. gizli aşiq-məşuq idilər.Onlar Həsənin dostunun mənzilində görüşürdülər.20 gün əvvəl boşanmış Lamiyə ilə 9 ay əvvəl evlənmiş Həsənin son görüşləri onların həyatlarına da son qoyub.Dünən hamamda çiməndə Həsən T. gizli yolla çəkilmiş elektrik xətti ilə çalışan su qızdırıcısını işə salıb.Lakin onu elektrik vurub.Həsənə yardım etməyə çalışan Lamiyə də hamamda ölüb.Lamiyənin cənazəsini ailəsi almayıb, "bizim belə qızımız yoxdur" deyiblər.