Bakıda 45 yaşlı kişini vurub öldürdülər
16 Sentyabr 2014 15:20 KriminalBakıda ölümlə nəticələnən daha bir yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 15-də saat 02 radələrində Nərimanov rayonu F.X.Xoyski küçəsində "Grand Cheroke" markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulmuş və həmin şəxs hadisə yerində ölüb. Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31