Gömrükçülər qaçaqmal aşkarladı
16 Sentyabr 2014 14:45 KriminalÖlkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirirlər. Belə ki, bu günlərdə Bakı Baş Gömrük İdarəsinin"Bərə keçidi" gömrük postunda Qazaxıstan Respublikasının Aktau limanından Bakı şəhərinə "Ağdam" gəmisi ilə daxil olmuş yüklərə və həmin gəmiyə gömrük baxışı keçirilərkən, gəmidə işləyən bosmana məxsus olan otaqların birindən içərisində müxtəlif spirtli içkilər olan 19 qutu, gəminin 1-ci mərtəbəsində olan tryumdan qəza çıxışının altından içərisində spirtli içkilər olan 12 qutu, gəminin mühərrik olan bölməsinin boru olan hissəsindən içərisində spirtli içkilər olan 1 qutu, gəminin giriş hissəsində sol tərəfdə yerləşən otaqdan 1 ədəd təzə "Beko" markalı aspirator və tranzit gömrük proseduranda Qazaxstan Respublikasından Gürcüstan Respublikasına gedən sisterna vaqonlarının hər birinin təkərlərininüzərində olan boşluqdan gömrük nəzarətindən gizlədilərək gətirilmiş hər birinin içərisində təxminən 15 kq olan 6 kisə fındıq ləpəsi, müxtəlif markalı spirtli içkilər olan qutular və 1 ədəd təzə "Beko" markalı aspirator aşkar olunmuşdur. Ümumilikdə, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları "Ağdam" gəmisindən bəyan olunmayan6 kisə fındıq ləpəsi yükü, 2 ədəd aspirator və üzərlərində Azərbaycan Respublikasına məxsus aksiz markaları olmayanmüxtəlif markalı 231 ədəd şərab, 55 ədəd araq, 16 ədəd likyor, 42 ədəd viski yükü aşkar etmişlər. Faktla bağlı təhqiqat aparılır.