“Jiquli” aşdı: yaralılar var

Xaçmazda ağır yol qəzası baş verib

Xaçmaz rayonunda ağır yol qəzası baş verib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Qımılqışlaq-Hacıisaoba yolunda minik maşını aşıb. Belə ki, 1997-ci il təvəllüdlü Orxan Hacı oğlu Əhmədovun idarə etdiyi "VAZ 2107" markalı avtomaşın idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və sərnişin 1997-ci il təvəllüdlü Famil Kamil oğlu Həbibov ağır yaralanıblar. Onlar müxtəlif dərəcəli bədən xəsarətlərilə Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. İlkin ehtimala görə, hadisə avtomobilin yüksək sürətlə idarə edilərkən, dönmə əməliyyatını düzgün yerinə yetirilməməsi zamanı baş verib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31