3 avtomobil toqquşdi, 1 nəfər öldü
15 Sentyabr 2014 16:48 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonu, Qaravəlli kəndində vətəndaşlara məxsus "BMW", "MERCEDEC" və "DAEWOO" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "BMW" markalı minik avtomobilinin sahibi 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlardan istifadə etməklə E.Bəşirovun cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.