Bakıda oğrular qandallandı

Bakı polisi oğurluq edən şəxsləri tutub. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məluata görə, sentiyabrın 11-nə keçən gecə Nizami küçəsində yerləşən, Bakı şəhər sakini Yekaterina Aleksandrovnaya məxsus mağazadan 450 manat oğurlanıb. Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Sabirabad rayon sakini Şəhruz Xəlilov tutulub. Sentyabrın 14-də Zirə qəsəbəsində yerləşən, İbrahim Heydərova məxsus mağazadan oğurluğa cəhd edən qəsəbə sakinləri Filidan Rüstəmov və Tərlan Hüseynov Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən tutulublar. Sabunçu RPİ 13-cü PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Səid Göyçəyev yaxalanıb. Məlum olub ki, o, iyulun 15-də Y.Əliyev küçəsində Nizami Ağabalayevə məxsus "Ford" markalı avtomobildən mobil telefon, avqustun 19-da isə R.Qəmbərov küçəsində Pərvin İbişovun idarə etdiyi "Fiat" markalı avtomobildən mobil telefon, pul və sənəd oğurlayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31