“TOYOTA” elektrik dirəyinə çırpılıb
15 Sentyabr 2014 14:48 KriminalBakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus "TOYOTA" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə avtomobilin yanar hissələri və yaxınlıqda olan 3 ədəd ağac yanıb. Avtomobilin qalan hissəsi və ağaclar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31