MMC-yə məxsus antena yanıb

Daşkəsən rayonunda MMC-yə məxsus ötürücü antenada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın hadisəsi rayonun Qaraqollar kəndində qeydə alınıb. Yanğın zamanı MMC-yə məxsus ötürücü antennanın yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31