Məhbus qardaşına bıçaq ötürmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Müşfiq Ədalət oğlu İsayevin yanına qısamüddətli görüşə gəlmiş qardaşı, Lənkəran şəhəri, Nizami küç. 77 ünvanında yaşayan vətəndaş Cavid Ədalət oğlu İsayevin görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, baxış zamanı onun əynində olan şalvarın arxa cibindən zavod üsulu ilə hazırlanmış 1 ədəd bıçaq aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31