Balaca qızcığaz məktəbə tələsirdi, avtobus qəzasına düşdü VIDEO
15 Sentyabr 2014 13:29 KriminalMəktəbli qız məktəbə tələsərkən təhlükə ilə üz-üzə qalıb. Bu gün səhər evindən sevinclə çıxıb məktəbə yollanan məktəbli qızın mindiyi avtobus qəza törədib. Milli.Az xəbər verir ki, bu gün səhər saat 09:00 radələrində Badamdar şossesində 77 saylı sərnişin avtobusu qəza törədib. Şossedəki maşınların çoxluğundan yolun sağından onları ötüb keçmək istəyən avtobus kənarda park etmiş iki maşının yan hisslərəni parçalaya- parçalaya gedib. Təşvişə düşən sərnişinlər avtobusu tərk etməli olublar. Avtobus sürücüsü isə təlaş içində zərərçəkmişlərlə məsələni necə həll etməyin yolunu axtarıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31