Ağcabədidə zəncirvari qəza: ölən var

Qəzada "BMW", "MERSEDEC" və "DAEWOO" markalı minik avtomobilləri toqquşub

Ağcabədi rayobnunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi xəbərə görə, rayonun mərkəzdən 25 km aralı Qaravəlli kəndində "BMW", "MERSEDEC" və "DAEWOO" markalı minik avtomobilləri toqquşub.Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "BMW" markalı minik avtomobilinin sahibi 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlardan istifadə etməklə E.Bəşirovun cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31