Rusiyanın Azərbaycanla sərhədində yerləşən sərhəd-keçid məntəqəsi yandı
14 Sentyabr 2014 19:53 KriminalRusiyanın Azərbaycanın Xaçmaz rayonu ilə həmsərhəd olan Dağıstanın Məhərrəmkənd rayonunun Tahirkənd Qazmalar sərhəd-keçid məntəqəsi yanıb.Anspress-in məlumatına görə, həmin keçid-məntəqəsində bütün texniki avadanlığın yandığı bildirilir.
Rusiyanın FHN əməkdaşları hadisə yerinə cəlb olunublar və yanğını söndürüblər.
Həmin keçid məntəqəsinin yaxınlığında yerləşən Xaçmaz rayon Xanoba sərhəd-keçid məntəqəsinə heç bir ziyan dəyməyib.
Buna baxmayaraq bizim yanğınsöndürənlər hər ehtimala qarşı həmin əraziyə cəlb olunublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31