Bakının ən böyük prospektində ağır qəza: Ölən var
Yüksək sürətlə hərəkət edən avtomobil yol kənarında dayanmış digər maşına çırpılıb
14 Sentyabr 2014 12:35 KriminalBu gecə Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Nərimanov rayonu ərazisində, paytaxtın ən böyük prospekti olan Heydər Əliyev prospektində iki avtomobil toqquşub. Gecə saatlarında sürətlə hərəkət edən "Opel" markalı avtomobil yol kənarında dayanmış "Kia"ya çırpılıb. Zərbənin gücündən "Opel"in 28 yaşlı sürücüsü hadisə yerindəcə keçinib.Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31