Azərbaycanda vəzifəli şəxs həbs olundu?
12 Sentyabr 2014 17:37 KriminalBaş Prokurorluq Abşeron rayon İcra Hakimiyyətinin tikinti şöbəsinin rəisi Seymur Məmmədovun korrupsiya cinayəti ilə bağlı saxlanması barədə bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusuna cavab olaraq bildirib ki, S.Məmmədovun Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən tutulması barədə məlumatlar həqiqətəuyğun deyil.
***
Abşeron Rayon İcra Hakimiyyətinin tikinti şöbəsinin rəisi Seymur Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Aznews.az-ın əldə etdiyi məlumata görə, vətəndaşların şikayəti əsasında idarə əməkdaşları tərəfindən əməliyyat keçirilib və o həbs edilib. Məlum olub ki, Seymur Məmmədov tikinti aparmağa icazə vermək üçün vətəndaşlardan 2000 manat, daha sonra isə 1000 manat tələb edib. Məlumatı Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin müdiri Akif Əliyev qismən təsdiqləyib. O, Seymur Məmmədovun işdən kənarlaşdırıldığını və bunu rəhbərliyin kadr islahatı olduğunu bildirib: "Onun həbsi ilə bağlı heç nə deyə bilmərəm. Seymur Məmmədov işdən azad olunub. Amma onun hansı səbəbdən işdən çıxarıldığını deyə bilmərəm. Yəqin ki, bu rəhbərliyin kadr islahatıdır".