Bakı Beynəlxalq Avtovağzalında sürücü və sərnişin qarət edildi
12 Sentyabr 2014 16:18 KriminalBakı Beynəlxalq Avtovağzalında qarət hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, entyabrın 11-də Binəqədi rayonu Biləcəri qəsəbəsində Oğuz rayon sakini Seymur Mürsəlov "Chevrolet" markalı avtomobilə sərnişin qismində oturub metronun "20 Yanvar" stansiyasına gedəcəyini bildirib. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında sürücü və digər sərnişin S.Mürsəlovu bıçaqla hədələyərək 500 manatını alıb hadisə yerini tərk ediblər. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31