Bakıda şirkətdə yanğın olub

Bakıda şirkətdə yanğın olub. Bu barədə "OLAYLAR"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Hadisə Nərimanov rayonu ərazisində baş verib.  "Bakı TMP" ASC-yə məxsus ərazidə ümumi sahəsi 800 kv.m olan anbarda 20 kv.m sahədə santexnika aksessuarları və tol bağlamaları yanıb. Anbar və içərisində olan malların qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31