Bakıda həmcinslərini fahişlək etməyə məcbur edən qadın tutuldu
Keçirilən əməliyyat tədbirləri nəticəsində Şabran rayon sakini saxlanılıb
12 Sentyabr 2014 14:39 KriminalBakıda fahişəlikdən pul qazanan qadın tutulub. Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən həyata keçirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində Şabran rayon sakini Nigar Əliyeva tutulub. Onun gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31