Mingəçevirdə qəza

30 yaşlı gənc həlak oldu

Mingəçevirdə ağır yol qəzası baş verib. Bu barədə "OLAYLAR"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, şəhərdə vətəndaşa məxsus "Opel" markalı minik avtomobili səkiyə dəyib. Nəticədə, sürücü - 1982-ci il təvəllüdlü Elçin Musa oğlu Musayev hadisə yerində ölüb. Xilasedicilər E.Musayevin cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil verib və əməliyyat saat 04:55-də başa çatıb. Hadisə ilə əlaqədar  müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31