Şamaxıda dəhşətli qəza, iki ölü, iki yaralı

Şamaxıda dəhşətli yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 10-da saat 23 radələrində Şamaxı şəhərində Mədrəsə qəsəbə sakinləri Səməndər Qarayevin idarə etdiyi "QAZel" markalı mikroavtobus və Zaur Həmidovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. İdarəetməni itirmiş S.Qarayev avtomobili yolun kənarındakı ağaca vurmuş, sərnişinlərindən Gülnaz Bayramova və Murad Çixaidze hadisə yerində ölmüş, digər 2 sərişini xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31