Kürdəmirdə narkobaron tutuldu

Kürdəmirdə külli miqdarda narkotika aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yenikənd kənd sakini Həsrət Səmədzadənin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 110 kiloqram olan 30 ədəd çətənə kolu, evindən isə 1 kiloqram 79 qram marixuana aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31