Bakıda oğru dəstə ələ keçdi
11 Sentyabr 2014 16:08 KriminalBakıda oğru dəstə hadisə yerində yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 11-də gecə saat 2.40 radələrində Sabunçu rayonu Ramana qəsəbəsinin Südçülük sovxozu ərazisində yerləşən Rasim Cəfərova məxsus "Kamran market" mağazasından rayon Mühafizə İdarəsinə "Həyəcan siqnalı" daxil olub. RMİ-nin əməkdaşları dərhal hadisə yerinə çıxmış və obyektin dam örtüyünü sındıraraq içəri daxil olmuş rayon ərazisində kirayədə yaşayanlar - Şərur rayon sakinləri Səxavət Seyidov və Nuran Kərimov yaxalanaraq Sabunçu RPİ 12-ci PB-yə təhvil veriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31