Çörəyin arasında telefon keçirmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4; 317-1.1 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Sənan İman oğlu Cabbarovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu, Tərtər şəhəri, Q.Mehdiyev küç. 3 ünvanında yaşayan vətəndaş Orxan Elxan oğlu Dadaşlının görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, baxış zamanı onun gətirdiyi 2 ədəd çörəyin içərisində gizlədilmiş 1 ədəd "Samsung" markalı və 1 ədəd "Nokia" markalı mobil telefon aparatları aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31