Ölkəyə qeyri-qanuni keçirilən qızılın qarşısı alınıb VIDEO
Aşkar olunan əşyalar müsadirə edilib
11 Sentyabr 2014 14:19 KriminalSərhəddən qanunsuz zərgərlik məmulatlarının keçirilməsinə imkan verilməyib. ANS TV-nin məlumatına görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İstanbul- Bakı aviareyisi ilə gələn Azərbaycan vətəndaşı Bəxtiyarov Bəhruz İslam oğlu gömrük nəzarətinin yaşıl kanalını keçdikdən sonra onun hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb. Sonra ona aid maşının yük yerinə və əl yüklərinə baxış keçirilib. Baxış zamanı 3 ədəd yaşıl sellofanla üzlənmiş açıq mavi rəngli plastik qutuların içərisindən Bəxtiyarov Bəhruz İslam oğlunun gömrük nəzarətinə təqdim etdiyi, şifahi və kağız üzərində isə yazılı, elektron formada bəyan etmədiyi 59 kiloqram 687 qram gümüşdən hazırlanmış zərgərlik məmulatları aşkar olunub. Bundan sonra aşkar olunan əşyalar müsadirə edilib. Digər bir qaçaqmalçılıq faktı da Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, 336 saylı İstanbul- Bbakı aviasreysi ilə gələn azərbaycan vətəndaşı Quliyev Vidadi Sübhan oğlu gömrük nəzarətindən keçəndən sonra gömrük zonasını tərk etmək istəyərkən idarənin əməkdaşları tərfindən saxlanılıb. Şifahi sorğu-sual edilərkən maşının yük yerində və əl yükündə mütləq bəyan olunası malların olmadığını bildirib. Amma Quliyev Vidadiyə məxsus çamadana keçirilmiş baxış zamanı oradan əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş 150 ədəd diş implantları aşkar edilərək götürülüb. Hər iki faktla bağlı istintaq gedir.