Ağdamda 10 otaqlı ev yanıb

Ağdam rayonu, Əhmədağalı kəndində vətəndaşa məxsus 10 otaqlı ev yanıb. Fövəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 338 kv.m olan ikimərtəbəli 10 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 121 kv.m sahədə yanıb. Evin qalan hissəsi, evə bitişik ümumi sahəsi 96 kv.m olan tövlə və köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31