Ticarət mərkəzində partlayış: ölənlər var
Partlayış paytaxt Santyaqodan 150 km uzaqlıqda baş verib
11 Sentyabr 2014 08:04 KriminalÇilinin Vina del Mar şəhərində silsilə partlayışlar yaşanıb.
ANS PRESS-in məlumatına görə, Çilinin paytaxtı Santyaqodan 150 km uzaqlıqda yerləşən Vina del-Mar şəhərində müxtəlif yerlərdə iki partlayış baş verib.
Partlayış şəhərin ən böyük ticarət mərkəzində həyata keçirilib. Terakt zamanı evdə hazırlanmış əldə quraşdırma bombadan istifadə edilib və ticarət mərkəzinin ayaqyolusuna qoyulub.
İkinci partlayış isə şəhərin böyük supertmarketlərindən birinin yaxınlığındakı zibil konteynerinə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Hələ ki, baş verən hadisələr zamanı 2 nəfərin öldüyü bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31