Bakıda kafedə qıza görə kütləvi dava: 3 nəfər bıçaqlanıb
Yaxalanan şəxs 3 nəfərin qız tərəfindən bıçaqlandığını iddia edib
10 Sentyabr 2014 20:20 KriminalBakının Xəzər rayonu Qala qəsəbəsində baş vermiş kütləvi davanın təfərrüatı məlum olub. Vesti.az-ın xəbərinə görə, "Qala" kafesini icarəyə götürmüş Aqil Əliyev adlı şəxs münaqişə zəminində həmyerliləri Əsgər Quliyevə, onun qardaşları Tərlana və Ceyhuna bıçaqla xəsarət yetirib. Əsgər və Tərlan Quliyevlər xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Ceyhunun vəziyyəti isə ağırdır. Xəzər rayon polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirlərinin nəticəsində A.Əliyev tutulsa da, günahını boynuna almır. Aqil Əliyev deyir ki, üç qardaşı yaralayan ofisiant qız olub. Lakin ofisiant qız qardaşları yaralamadığını iddia edir. Qız Aqil Əliyevin cinayəti öz üzərinə götürməyi ondan istəyib. Aqil Əliyev ofisiant qızın onun törətdiyi cinayəti öz üzərinə götürəcəyi təqdirdə, cinayətdən yayınmaqda ona kömək edəcəyini deyib. Quliyev qardaşları da Aqil Əliyevi təqsirləndirirlər. Zərərçəkənlərin göstərdiyi kimi, hər şey Tərlan Quliyevin bu kafedə nahar etməsindən sonra başlayıb. Hesabı ödəmək vaxtı çatanda onunla ofisiant arasında münaqişə yaranıb. Ofisiant qızın köməyinə Aqil Əliyev gəlib və dərhal bıçağı götürərək müştərini ayağından yaralayıb. Bu anda yaranan hay-küyü yaxınlıqdan keçən Tərlan Quliyevin qardaşları eşidib. Sonuncular Aqil Quliyevi zərərsizləşdirməyə tələsib. Aqil Əliyev əlindən bıçağı almağa çalışan Ceyhun Quliyevi ağır yaralayıb. Aqil Əliyev inkar etsə də, hər şey onun günahkar olduğunu göstərir. Faktla bağlı araşdırma davam etdirilir.