Son 6 ayda 1197 adam tutuldu
Əməliyyatlarda heroin, xaşxaş və milyonlarla ədəd narkotik həb və nağd pul ələ keçirildiyi bildirirlir
10 Sentyabr 2014 17:05 KriminalSəudiyyə Ərəbistanda narkotik qaçaqçılığına qarşı mübarizədə son 6 ayda 1197 adamın həbs olunduğu, bunlardan 741-nin xarici, 456-sının ölkə vətəndaşı olduğu bildirilib. Anspress-in məlumatına görə, Daxili İşlər Nazirliyi sözçüsü General Mənsur əl-Türki bildirir ki, son 6 ayda həyata keçirilən əməliyyatlarda yaxalananlardan 741-i xarici 1197 adamın həbs olunub. Türki əməliyyatın qonşu ölkələrlə ortaq edildiyini ifadə edərək, narkotik polisinin son əməliyyatında yarım milyard dollar dəyərində narkotik ələ keçirildiyini və ölkədə narkotik trafikini idarə edən cinayətkər qrupun yaxalandığını bildirir. Əməliyyatlarda heroin, xaşxaş və milyonlarla ədəd narkotik həb və nağd pul ələ keçirildiyi bildirirlir.