Bakıda ticarət mərkəzində oğurluq
Hadisə Lökbatan qəsəbəsində yerləşən ticarət məkəzindəki mağazada baş verib
10 Sentyabr 2014 17:01 KriminalBakıda ticarət mərkəzində oğurluq olub. Bakı şəhər Baş Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, Hadisə sentyabrın 5-i saat 17:20 radələrində Lökbatan qəsəbəsində yerləşən ticarət məkəzindəki mağazada baş verib. Mağazadan Ruslan Salahova məxsus, içərisində 4006 manat və 200 ABŞ dolları olan pul kisəsi masanın üzərindən oğurlanıb. Şikayət əsasında Qaradağ rayon Polis İdarəsi 10-cu polis bölməsi və Çevik Polis Alayının əməkdaşları tərəfindnə əməliyyata başlayıb. Keçirilən əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Əcdər Həziyev yaxalanıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31