8 ay qabaq quldurluq edən şəxs ələ keçdi

Bakıda yanvar ayında baş vermiş quldurluq hadisəsinin üstü açılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyə istinadən yaydığı məlumata görə, 8 ay əvvəl Xocalı prospektində yerləşən mağazalardan birinin satıcısı Murad Hacıyev Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq bir nəfər naməlum şəxsin onu bıçaqla hədələyib pul alması barədə məlumat verib. Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 21 yaşlı Orxan Dadaşov saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31